Sərgi 2013

Şirkətimiz Türkiyədə qapı və pəncərə üçün plastik pvc profillər bazarının banisidir. Sözügedən məhsullar 1982-ci ildən etibarən istehsal olunur və Türkiyənin inşaat sənayesində tamamilə yeni sektorun əsasını qoymuşdur. Biz həmin dövrdən etibarən “Pimapen” brendi altında PVC profillər istehsal edirik və bu ad artıq hamıya tanışdır.  Davamlı olaraq nüfuzlu inşaat sərgilərində iştirakımız bizi müştərilərlə sıx əlaqədə saxlayır. Biz onların istəklərini öyrənir, daima onların komfortu üçün çalışırıq. “BakuBuild” sərgisi Bakı Ekspo Mərkəzində keçirilməyə başladığı vaxtdan etibarən biz bu sərgidə iştirak edirik və hər zaman sərginin həm təşkilindən, həm də nəticələrindən razı qalırıq. 2013-cü ildə iştirak etdiyimiz “BakuBuild” sərgisində “Pimapen” məhsullarını təqdim etdik. Pimapen şirkətinin Azərbaycanda ilk və rəsmi distributoru isə bizik.

30/12/2022 242
Sərgi 2019
22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycanın ən irimiqyaslı sərgilərindən biri – Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” 2019 sərgisində də yer alaraq, &o...
Daha çox
Sərgi 2018
Mütəmadi olaraq, sərgilərdə stendi ilə çıxış edən şirkətimiz  2018-ci ildə keçirilən “BakuBuild Azerbaijan” sərgisində də fəal iştirak edərək məhsullarını...
Daha çox
Sərgi 2013
Şirkətimiz Türkiyədə qapı və pəncərə üçün plastik pvc profillər bazarının banisidir. Sözügedən məhsullar 1982-ci ildən etibarən istehsal olunur və Türkiy...
Daha çox
Pimapen şirkəti
Pimapen Türkiyənin PVC pəncərə sistemləri sektorunda 1982-ci ildən bəri öz sõzünü deyən markasıdır. Türkiyə ilə yanaşı, dünyanın bir çox ölkə...
Daha çox